ABŞ və Hindistan hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətindədir

2024/10/1727843704.jpg
Oxunub: 490     22:47     06 Yanvar 2025    
ABŞ və Hindistan hərbi-texniki əməkdaşlıqla yanaşı, mülki kosmos sahəsində də tərəfdaşlığı genişləndirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Hindistan Texnologiya İnstitutunda çıxışı zamanı bildirib.

Hindistana səfər edən Ağ Ev rəsmisi vurğulayıb ki, son iki onillikdə ABŞ-Hindistan müdafiə əməkdaşlığı qeyri-adi inkişaf yolu keçib. Sallivan, həmçinin Hindistanda Amerikanın Stryker təkərli zirehli personal daşıyıcılarının və GE-414B reaktiv mühərriklərinin birgə istehsalının planlaşdırıldığını qeyd edib. Bu addım Hindistanın gələcək döyüş təyyarələri donanmasını gücləndirmək məqsədi daşıyır.

Bundan başqa, aviasiya, sensorlar və sualtı qayıqlar sahəsində əməkdaşlıq üzrə işlərin davam etdiyi və yaxın gələcəkdə nəticə verəcəyi bildirilib.

Sallivan, həmçinin prezident Co Baydenin ötən həftə raket texnologiyasının ixracına nəzarət siyasətindəki yeniləməni imzaladığını və bunun mülki kosmos sahəsində ABŞ-Hindistan əməkdaşlığını yeni səviyyəyə yüksəldəcəyini elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan  


Bizi "telegram"da izləyin