Rusiya səfirliyinin nümayəndəsi Moldova XİN-ə çağırılıb

2024/11/67332-1731406131.jpg
Oxunub: 479     19:23     06 Yanvar 2025    
Rusiya səfirliyinin nümayəndəsi Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Ordu.az xəbər verir ki, buna səbəb rəsmi Moskvanın Dnestryanıdakı enerji böhranı ilə bağlı bəyanatları olub.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırıb. Rəsmi Kiyev Rusiyanın Qazprom şirkəti ilə 2024-ci ilin dekabrında başa çatan müqaviləni uzatmayıb. Ukrayna ərazisindən qaz tranziti dayandırılandan sonra Moldovanın Dnestryanı regionunda enerji böhranı yaşanmaqdadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Moldova  


Bizi "telegram"da izləyin