ABŞ və Yaponiyanın nüfuzlu şirkətləri Baydeni məhkəməyə verib

2024/12/1735190339.jpg
Oxunub: 516     17:42     06 Yanvar 2025    
Yaponiyanın “Nippon Steel” polad və Amerikanın “U.S. Steel” şirkət ləri ABŞ Prezidenti Cozef Baydenin iki korporasiya arasındakı sövdələşməni əngəlləmək qərarına görə ona və administrasiyasına qarşı birgə iddia qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətlərin birgə bəyanatında bildirilib.

Qeyd olunub ki, Kolumbiya Dairə Apellyasiya Məhkəməsi və Pensilvaniya Dairə Məhkəməsində iki iddia qaldırılıb. Şirkətlər bildirir ki, Baydenin “Nippon Steel” şirkətinin “U.S. Steel” şirkəti tərəfindən alınmasına dair sövdələşməni əngəlləmək qərarı qanunsuz siyasi müdaxilə olub.

Bu, iri Yaponiya şirkətinin ABŞ Prezidentini məhkəməyə verdiyi ilk haldır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya   Bayden  


Bizi "telegram"da izləyin