İran XİN rəsmisi: "Rusiya ilə müqaviləyə müdafiə məsələləri də daxil edilib"

2025/01/1736169100.jpg
Oxunub: 620     17:01     06 Yanvar 2025    
İranla Rusiya arasında əməkdaşlıq haqqında müqaviləyə müdafiə məsələləri də daxil edilib.

Ordu.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai yanvarın 6-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müqavilənin mühüm hissəsini ticarət, iqtisadiyyat, energetika, eləcə də müdafiə və təhlükəsizlik məsələləri təşkil edir:

“Son 20-30 il ərzində İranla Rusiya əməkdaşlığın miqyasını əhəmiyyətli dərəcədə genişləndirib, ona görə də sənədin yenilənməsinə ehtiyac var idi”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin