Makron: "Ukrayna probleminin tez və asan həlli yoxdur"

2024/12/1733459046.jpg
Oxunub: 507     16:06     06 Yanvar 2025    
Ukrayna ilə Rusiya arasında münaqişənin tez və asan həlli yoxdur.

Ordu.az xəbər verir ki, bunu Fransa Prezidentini Emmanuel Makron ölkənin səfirləri ilə illik görüşü zamanı deyib.

Makron bildirib ki, ABŞ Rusiyanı Ukrayna böhranı ilə bağlı danışıqlar masasına oturmağa inandırmaqda əsas rol oynamalıdır: “Amerikanın yeni prezidenti (Donald Tramp) özü də bilir ki, Ukrayna məğlub olarsa, Birləşmiş Ştatların heç nə qazanma şansı yoxdur və Ukraynanın kapitulyasiyası avropalılar və amerikalılar üçün yaxşı ola bilməz”.

Fransa Prezidenti Kiyevi real ərazi məsələləri üzrə müzakirələr aparmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Ukrayna  


Bizi "telegram"da izləyin