Belçikada bıçaqlı şəxs baş nazirin ofisinə daxil olmağa çalışıb

2025/01/1736165244.jpg
Oxunub: 506     15:45     06 Yanvar 2025    
Belçikanın paytaxtı Brüsseldə bıçaqlı bir şəxs ölkənin baş naziri vəzifələrini icra edən Aleksandr de Kronun ofisinə daxil olmağa çalışıb.

Ordu.az xəbər verir ki, bu barədə Belçika hökumətinin rəsmi nümayəndəsi Barend Leyts açıqlama yayıb.

“Bıçaqla silahlanmış kişi binaya daxil olmağa cəhd etsə də, hərbi polis tərəfindən saxlanılıb. Həmin şəxs polis şöbəsinə aparılıb”, - deyə o bildirib.

Hadisənin baş verdiyi əsanada baş nazirin ofisində Belçikanın gələcək nazirlər kabinetinin formalaşması ilə bağlı məsləhətlə.mələrin getdiyi deyilir.

Həmin şəxsin nə məqsədlə hökumət binasına daxil olmağa çalışdığı açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Bıçaqlı-şəxs  


Bizi "telegram"da izləyin