Çin ABŞ-nin sanksiyalarına qarşı cavab tədbirləri görəcək

2024/10/1728453293.jpg
Oxunub: 850     14:45     06 Yanvar 2025    
Pekin ABŞ-nin guya kiberhücumlara dəstək verən Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq öz maraqlarını qorumaq üçün tədbirlər görəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Qo Tszyakun brifinqdə bildirib.

Daha əvvəl ABŞ Maliyyə Nazirliyi Çinin kiberhücumlara dəstək verməkdə ittiham etdiyi “Integrity Technology Group” şirkətinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlamışdı.

"Kiberhücumlarla bağlı problemə gəlincə, Çin öz mövqeyini dəfələrlə izah edib. Ölkə həmişə haker hücumlarına qarşı qətiyyətlə çıxış edib və qanuna uyğun olaraq onların qarşısını alıb, həmçinin ABŞ-ni kibertəhlükəsizlik məsələlərindən Çinə böhtan atmaq və nüfuzdan salmaq üçün istifadə etməyi dayandırmağa çağırıb", - o bildirib.

XİN rəsmisinin sözlərinə görə, ABŞ bir müddətdir Çinin “haker hücumları” məsələsini şişirdir və hətta ölkəyə qarşı birtərəfli qaydada qanunsuz sanksiyalar tətbiq edir.

"Çin qəti şəkildə buna qarşı çıxır və ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcək", - diplomat əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin