Ordu.az xəbər verir ki, şirkətin sosial media hesablarında edilən paylaşımda sistemin yeni görünüşü ilk dəfə ortaya çıxıb.
Paylaşımda qeyd edilib: “Yeni il, yeni kamuflyaj... Aşağı Hündürlükdə HHM Sistemimiz “Korkut”u yeni kamuflyajı ilə ilk dəfə görürsünüz!”.
Sözügedən paylaşımla “Korkut”un modernləşdirilmiş dizaynı izləyicilərə təqdim olunub.
“Korkut” ASELSAN tərəfindən inkişaf etdirilən və aşağı hündürlükdə hava təhdidlərinə qarşı effektiv müdafiəni təmin edən HHM sistemi kimi tanınır.
Sistem xüsusilə pilotsuz uçuş aparatları, helikopterlər və qanadlı raketlər kimi təhlükələrə qarşı üstün performans nümayiş etdirir.
Sevinc Əliyeva
Ordu.az