Ordu.az xəbər verir ki, Avropa hökumətlərinin hərbi xərclərini artırmaq qərarı da müdafiə və aviaisya şirkətlərinin səhmlərinin yüksəlməsində mühüm rol oynayıb.
Avropa İttifaqı isə yeni təşkilatlar, qərarlar və fondlarla həm qurum olaraq blokun, həm də dövlətlərin müdafiə qabiliyyətini artırmağı hədəfləyir.
Digər tərəfdən, Avropa, ABŞ və Asiyada yerləşən müdafiə və aviasiya şirkətlərinin səhmləri üçün bağlanmış müqavilələr, qazanılan tenderlər, yaxşı balans hesabatları və satınalmalar dəstəkləyici amillər olub.
2024-cü ildə bağlanan əməkdaşlıq müqavilələri müdafiə və aviasiya şirkətlərinin birja fəaliyyətinə müsbət təsir göstərib.
Bu arada dünyanın 100 ən böyük müdafiə şirkəti 2023-cü ildə satışlarını 4 faiz artıraraq, 632 milyard dollara çatdırıb. 2023-cü ildə ümumilikdə 41 ABŞ şirkəti 317 milyard dollar dəyərində silah satıb ki, bu da bütün satışların 50 faizini təşkil edir. Bu, əvvəlki illə müqayisədə real ifadədə 2,5 faiz artım deməkdir.
Analitiklər müdafiə və aviasiya şirkətlərinin 2023-cü ildəki bu satış performansının 2024-cü ildə şirkətlərin pay göstəricilərinə də müsbət təsir göstərdiyini bildiriblər.
Sevinc Əliyeva
Ordu.az