Venesuela parlamenti Maduronu üçüncü prezidentlik müddətinə dəvət edib

2024/09/1726117923.jpg
Oxunub: 404     04:45     06 Yanvar 2025    
Venesuela Milli Assambleyasının (Parlament) sədri Xorxe Rodriges ölkə başçısı Nikolas Maduronu yanvarın 10-da üçüncü prezidentlik müddətinə başlamağa dəvət edib.

Ordu.az xəbər verir ki, Rodriges bunu parlamentin yanvarın 5-də keçirilən birinci iclasından sonra “Venezolana de Television” telekanalının canlı efirində deyib.

“28 iyul 2024-cü ildə yenidən Venesuela Bolivar Respublikasının Prezidenti seçilən Nikolas Maduro Morosun 2025-ci il yanvarın 10-da vəzifəyə başlaması üçün dəvəti təsdiq edirik”, - deyə o bildirib.

Qeyd edək ki, ötən ilin iyul ayının 28-də Venesuelada seçkilər keçirilib və seçkilərdə hazırkı dövlət başçısı Nikolas Maduro qalib gəlib. Seçicilərin 51,95 faizi ona səs verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maduro   Venesuela  


Bizi "telegram"da izləyin