Türkiyə Silahlı Qüvvələrinə Divar Arxası Radar təhvil verilib - VİDEO
Oxunub: 737
17:42
06 Yanvar 2025
Türkiyə müdafiə sənayesində qabaqcıl texnologiyalar və milli həllərə imza atan “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” müdafiə texnologiyaları sahəsində əldə etdiyi təcrübə ilə mülki sahəyə ümid gətirən milli sistemlər üçün çalışmalarına davam edir.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) rəhbərliyi altında işlərini davam etdirən STM hərbi və mülki istifadə üçün hazırladığı STM Divar Arxası Radar (DAR) sisteminin yenilənən konfiqurasiyası ilə yeni tədarüklər həyata keçirib.
Türkiyə MSK ilə STM arasında imzalanan müqaviləyə əsasən, Türkiyə Silahlı Qüvvələrinə müxtəlif DAR tədarükləri həyata keçirilib.
Milli texnologiya olan DAR Türkiyə Silahlı Qüvvələrinin müxtəlif bölmələrində Dağıntı Altında Canlı Aşkarlama Radarı olaraq missiya yerinə yetirəcək.