Ordu.az xəbər verir ki, Serbiya Müdafiə Nazirliyindən verilən açıqlamada Çindən alınan FK-3 sisteminin ölkədə yerləşdirildiyi və onun qabaqcıl imkanları vurğulanıb.
Nazirlik tərəfindən verilən açıqlamada qeyd olunub: “Hərbi Hava Qüvvələri və HHM-in yeni FK-3 HHM raket sistemiylə təchiz edilməsi ilə Serbiya Respublikasında hava məkanına nəzarət və mühafizə sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirilib”.
Sistem HHM üçün çoxyönlü və hərtərəfli həll yolu yaradan komanda vasitəsi, raket buraxılış sistemləri, radarlar və logistika vasitələrini əhatə edir.
FK-3 saniyədə 1000 metrə qədər sürətlə hərəkət edən təyyarələri, helikopterləri, qanadlı raketləri və “hava-yer” raketlərini hədəf alan 12-yə qədər raketlə eyni vaxtda 6 hava hədəfini vura bilir.
Bildirilib ki, sistem 27 kilometrə qədər hündürlükdə və 100 kilometrə qədər məsafədə fəaliyyət göstərə bildiyindən kritik infrastruktur və hərbi obyektlərin müdafiəsi üçün əlverişlidir.
Sevinc Əliyeva
Ordu.az