Tramp: Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir

2024/08/1723525977.jpg
Oxunub: 584     10:25     02 Yanvar 2025    
Ölkəmiz xaos içindədir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "Truth" hesabında paylaşım edib.

"Ölkəmiz bütün dünyada gülüş obyektidir! Zəif, təsirsiz və demək olar mövcud olmayan rəhbərliklə açıq sərhədləriniz olduqda belə olur", - Tramp qeyd edib.

Tramp bildirib ki, DOJ, FTB və prokurorlar amerikalıları zorakılıq və korrupsiyadan qorumaq əvəzinə, ona hücum etməyə diqqət yetirirlər:

"Demokratlar millətimizi iflasa uğratdılar və təhlükəsizliyi və demokratiyanı bərpa etmək üçün təcili tədbirlər görülməlidir. 20 yanvarda görüşənədək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Xaos  


Bizi "telegram"da izləyin