Ordu.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məhkəmə prokurorlarla təqsirləndirilən şəxslər - Xalid Şeyx Məhəmməd, Vəlid bin Attaş və Mustafa əl-Həvsəvi arasında əldə olunmuş və müttəhimlərə ölüm hökmlərinin ömürlük həbslə əvəzlənməsi müqabilində təqsirli olduqlarını etiraf etməyə imkan verən məhkəməyə qədərki razılaşmanı ləğv edib.
Müdafiə naziri müvafiq razılaşmaları ləğv etməyə müvəffəq olmayıb və bu, qarşıdakı məhkəmə iclasında təqsirləndirilən şəxslərin günahını etiraf etməsi üçün qapı açır. Ostinin hələ də bu məhkəmə qərarına etiraz etmək şansı var.
Ordu.az