Kot-d'İvuar lideri Fransa hərbçilərinin ölkədən çıxarılacağını bəyan edib

2025/01/1735708138.jpg
Oxunub: 586     02:36     01 Yanvar 2025    
Kot-d'İvuar Respublikasının Prezidenti Alassane Uattara Fransa hərbçilərinin ölkədən çıxarılacağını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Kot-d'İvuarın rəhbəri xalqa müraciətində deyib.

“Kot-d'İvuarlılar öz silahlı qüvvələrinin modernləşdirilmiş vəziyyəti ilə fəxr etməlidirlər. Bu kontekstdə biz fransız qoşunlarının koordinasiyalı və mütəşəkkil şəkildə çıxarılmasına qərar verdik”,- deyə o, söyləyib.

Fransa Kot-d'İvuar da daxil olmaqla Qərbi və Mərkəzi Afrikadakı hərbi mövcudluğunu təxminən 2200 əsgərdən 600-ə qədər azaltmağı planlaşdırır.

Bundan əvvəl Seneqal Prezidenti Bassiru Diomay Fay da 2025-ci ildə Fransa və digər xarici qoşunları ölkədən çıxarmaq niyyətində olduğunu açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kot-d'İvuar   Fransa  


Bizi "telegram"da izləyin