Podolyak: 2025-ci il Ukrayna üçün çətin, amma həlledici olacaq

2022/03/62221-1646401688.jpg
Oxunub: 547     01:38     01 Yanvar 2025    
2025-ci il Ukrayna üçün çətin, amma həlledici olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak "X"də yazıb.

O, gələn ilin güman ediləndən daha yaxşı olacağına inanır: "2025-ci il mühüm qərarlar qəbul etməyi, məsuliyyəti öz üzərinə götürməyi, beynəlxalq hüququn bərpasını təmin etməyi şərtləndirəcək. Vacib qərarlardan qorxmağa və ya təxirə salmağa artıq vaxt yoxdur".

M.Podolyak bildirib ki, yalnız Rusiyanın məğlubiyyəti ədalətli gələcəyə zəmanət verir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl savaşın 2025-ci ildə bitəcəyinə ümid etdiyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Podolyak  


Bizi "telegram"da izləyin