Demokratlar ABŞ administrasiyasına namizədlərin təsdiqinə müdaxilə edə bilər

2024/12/1734016588.jpg
Oxunub: 572     23:16     31 Dekabr 2024    
“Senatdakı Demokratlar ABŞ administrasiyasına bir çox əla namizədlərimizin təsdiq prosesini əsassız olaraq uzatmağa və gecikdirməyə hazırlaşır”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb.

“Tezliklə onlar (Demokratlar – Qeyd) müxtəlif hiylələri həyata keçirməyə çalışacaqlar. Respublikaçılar buna imkan verməməlidirlər”, - o vurğulayıb.

Respublikaçı demokratların namizədlərin təsdiqi prosesinə təsir etmək üçün hansı hiylələrə əl atacaqlarını dəqiqləşdirməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Demokratlar  


Bizi "telegram"da izləyin