Ordu.az xəbər verir ki, Türkiyənin 2022-ci ildə İraq HDQ-yə ilk ixracatı olan və ARES Gəmiqayırma Zavodu tərəfindən İraq HDQ üçün ARES 55 SAT sürətli hücum gəmisinin ardından ARES 65 SAT-ın da İraqa təhvil verilməyə hazır olduğu bildirilib.
ARES Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Kerim Kalafatoğlunun rəsmi “LinkedIn” hesabında etdiyi paylaşımda təhvil-təslimə hazır olan ARES 65 sürətli hücum gəmiləri görüntülənib.
“Fars körfəzində üzməyin zamanı gəldi”, - deyə Kalafatoğlu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az