Türkiyənin sərhədlərində İQP-lər xidmət edir

2024/12/3655d-1735452667.jpg
Oxunub: 585     14:51     06 Yanvar 2025    
“Aslan” İnsansız Quru Platforması (İQP) UMAS akustik sistemi ilə sərhəd təhlükəsizliyində iştirak edir.

Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanan sistemlər fəal şəkildə istifadə olunmağa davam edir.

Bu kontekstdə ASELSAN tərəfindən hazırlanan “Aslan” orta sinfə məxsus İQP-si bu yaxınlarda Türkiyə Milli Müdafiə Nazirliyinin yayımladığı videoda görüntülənib.

“Aslan”ın üzərində isə yenə ASELSAN tərəfindən inkişaf etdirilən UMAS akustik sistemi görünür. Bu çərçivədə “Aslan” və UMAS sərhəd təhlükəsizliyi əməliyyatlarında xidmət edir.

ASELSAN tərəfindən hazırlanmış Uzun Mənzilli Akustik Sistem – UMAS uzun məsafələrə istiqamətli akustik yayım və səsli mesajların ötürülməsini təmin edən yüksək performanslı sistemdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İQP  


Bizi "telegram"da izləyin