Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib

2024/11/Ekran-1732896536.jpg
Oxunub: 518     19:32     29 Noyabr 2024    
Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Drapatiyi Ukraynanın Quru Qoşunlarının komandanı təyin edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.

“General-mayor Mixail Drapatiy Xarkov istiqamətində müdafiəni uğurla təşkil edib və rus qoşunlarının hücum əməliyyatının qarşısını alıb”, - Zelenski qeyd edib.

O bildirib ki, Oleq Apostolu isə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini vəzifəsinə təyin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Təyinat  


Bizi "telegram"da izləyin