Suriyada üsyançılar Hələbə daxil olub - YENİLƏNİB

2024/11/1732892654.jpg
Oxunub: 1206     19:41     29 Noyabr 2024    
Suriyalı üsyançılar iki minalanmış avtomobili partlatmaqla ölkənin ikinci ən böyük şəhəri olan Hələbə daxil olub və şəhərin qərb kənarında hökumət qüvvələri ilə toqquşmaya girib.

Ordu.az xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Suriyanın müxalifət qüvvələri uzun sürən döyüşlər nəticəsində Hələbdən sıxışdırılıb çıxarıldığı 2016-cı ildən bəri ilk dəfə şəhərə daxil olub.

Məlumata görə, şəhərin qərbində yerləşən Hələb Cədid, Həmdaniyyə, Əl-Furkan, Yeni Hələb, Salah əd-Din kimi bir neçə bölgə artıq müxalifət qüvvələrinin nəzarətindədir.

Suriyanın dövlət xəbər agentliyi SANA isə hökumət qüvvələrinin İdlibdə və Hələbin ətrafında üsyançılar ələ keçirdikləri mövqelərə nəzarəti yenidən bərpa etdiklərini bildirib.

“Qüvvələrimiz silahlı qrupların böyük hücumunu dəf etməyə davam edir. Üstəlik, müəyyən mövqelərə nəzarəti bərpa etməyi bacarmışıq”, - Suriya ordusundan bildirilib.

Eyni zamanda “Al Jazerra” telekanalı Suriyanın dövlət mediasına istinadən xəbər verib ki, üsyançıların Hələbə hücumu nəticəsində azı 4 nəfər ölüb. Məlumata görə, üsyançılar Suriyanın şimal-qərbində hökumət qüvvələrinin nəzarətində olan mövqelərə hücumlarını gücləndirib.

***

Suriyada silahlı müxalifət və Əsəd rejimi əleyhdarı qruplar strateji əhəmiyyətli Səraqib şəhərinə daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat yayıb.

***

Suriya ordusu silahlı qruplaşmaların Suriyanın Hələb və İdlib vilayətlərində başlatdığı hücumu dəf etdiyini və hücum edənlərin ağır itkilər verdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Qüvvələrimiz silahlı terrorçu qrupların başlatdığı böyük hücumu dəf etməyə davam edir", - deyə ordunun bəyanatında bildirilib.


***

Suriyada Əsəd rejimi qüvvələri ilə toqquşmaların intensivləşməsi fonunda müxalifət qüvvələri irəliləməyə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat yayıb.

Bir neçə gündür ki, Suriyanın Hələb və İdlib vilayətlərində Bəşər Əsəd rejimi qüvvələri ilə müxalif Hayet Təhrir əl-Şam (HTŞ) qruplaşması arasında qarşıdurmalar davam edir. HTŞ 34 kəndə nəzarəti ələ keçirdiyini bildirib.

HTŞ-nin yeni ələ keçirdiyi bölgələrdə rejim qüvvələrinə məxsus ağır silahlar və hərbi maşınların ələ keçirildiyi bildirilir.

HTŞ həmçinin onlarla rejim əsgərini nəzarətə götürdüyünü, Əsəd qüvvələrinin xeyli itki verdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Ordu  


Bizi "telegram"da izləyin