Ordu.az xəbər verir ki, bu platformaları istehsal edən ARX “Robotics” şirkətinin baş direktoru tədarüklərin artıq başladığını və ilin sonuna qədər tamamlanacağını açıqlayıb.
Baş direktor həmçinin bildirib ki, ARX “Robotics” Ukraynada öz texnologiya və texniki xidmət mərkəzini yaradacaq.
Mərkəz platformanın sürətli adaptasiyası, operativ texniki xidmət və Ukrayna mühəndisləri, startapları ilə tədqiqat əməkdaşlığını təmin etmək üçün istifadə olunacaq.
GEREON RCS 40 kilometrə qədər məsafədə 500 kiloqrama qədər müxtəlif faydalı yükləri və döyüş yüklərini daşıya bilən çoxməqsədli tırtıllı modulyar platformadır.
Sevinc Əliyeva
Ordu.az