Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Maskata səfər zamanı Omanın xarici işlər üzrə dövlət naziri Əbdüləziz əl-Hinai ilə Hörmüz boğazı üzrə birgə komitənin ilk iclası baş tutub. Boğazla bağlı cari məsələlərin müzakirəsi zamanı biz İslamabad Anlaşma Memorandumunun 5-ci bəndi çərçivəsində boğazın gələcək idarəçiliyi və sahilyanı dövlətlərin suveren hüquqları barədə fikir mübadiləsi apardıq", - o qeyd edib.
Ordu.az