Ordu.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 100 il əvvəl Türkoloji Qurultayda səsləndirilən ideyalar bu gün də öz aktuallığını qoruyur:
"Xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlığın inkişafı və ortaq dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılır. Bu birliyin əsasını da Türk dövlətlərinin siyasi iradəsi təşkil edir. Türk dövlətləri və xalqları bu ideyalardan ilham alaraq türk dünyasının elmi, mədəni və humanitar əlaqələrini daha da inkişaf etdirməkdədir".
Ordu.az