Ordu.az xəbər verir ki, Rusiya lideri bunu Astanada keçirilən mətbuat konfransında bildirib.
Putin hesab edir ki, Bayden administrasiyası Rusiya ilə münasibətlərdə Trampa çətinliklər yaratmağa çalışa bilər.
Dövlət başçısının sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidentinə qarşı tamamilə qeyri-sivil mübarizə üsulları tətbiq edilib. Putin Trampın hələ də təhlükədə olduğunu hesab edir.
"Yeri gəlmişkən, məncə, o, indi də təhlükədədir", - deyən Putin ABŞ tarixində belə halların baş verdiyini vurğulayıb.
Ordu.az