Putin Trampın təhlükədə olduğunu düşünür

2024/11/1731649195.jpg
Oxunub: 457     18:20     28 Noyabr 2024    
Rusiya prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təhlükədə olduğunu düşünür.

Ordu.az xəbər verir ki, bu barədə o, Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında söyləyib.

O bildirib ki, ABŞ-də Trampa qarşı tamamilə qeyri-sivil mübarizə üsullarından, o cümlədən sui-qəsd cəhdindən istifadə olunub:

"Bəli, o, hələ də təhlükədədir. ABŞ tarixində belə hallar baş verib".

Putin, həmçinin Trampın hazırkı prezident Co Baydenlə görüşdə nə danışdıqlarını bilmədiyini, ona görə də onların söhbətini şərh etməyəcəyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin