Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək

2024/11/1732212421.jpg
Oxunub: 548     17:43     28 Noyabr 2024    
Rusiya Federasiyası Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın nüvə silahı əldə etməsi halında Rusiya Federasiyası bütün mümkün məhvetmə vasitələrindən istifadə edəcək.

"Hər kəs tərəfindən Ukraynaya nüvə silahının verilməsi nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərin pozulması olardı", - Putin vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin