Ordu.az xəbər verir ki, Gülər S-400-ləri quraşdıracaqları və istifadə edəcəkləri hər yerin bəlli olduğunu deyib.
“S-400-ləri quraşdıracağımız və istifadə edəcəyimiz hər yer bəllidir. Bunların yerləşdiriləcəyi bütün yerlər, o cümlədən altındakı zirzəmilərin hamısı inşa edilib və hazırdır. Yalnız biz əmr verəndə, hamı bizim əmr verdiyimiz bölgəyə hərəkət edəcək. Yəni bizə hücum təhlükəsi hava hücumu kimi çox yüksək bir şey kimi qiymətəndiriləcək və biz S-400-dən istifadə edəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə Rusiya ilə 2017-ci ilin sentyabr ayında “təcili ehtiyac” çərçivəsində S-400 HHM Raket Sistemlərinin 2 parkının (4 batareya) tədarükü ilə bağlı 2,5 milyard dollarlıq müqavilə imzalayıb.
Müqavilə çərçivəsində 2019-cu ilin iyul ayından etibarən 1,3 milyard dollar dəyərində ilk S-400 parkı da daxil olmaqla, komponentlər Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Sevinc Əliyeva
Ordu.az