Yaşar Gülər tankların sayını açıqladı: “Altay” üçün tarix

2024/11/1732692464.jpg
Oxunub: 684     11:25     27 Noyabr 2024    
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin inventarında olan tankların sayına toxunub və “Altay” tankının təhvil verilməsinin planlaşdırılan tarixini paylaşıb.

Ordu.az xəbər verir ki, Gülər Türkiyənin hazırda 3000-dən çox tankı olduğunu deyib.

“Tanklara gəlincə, hazırda 3000-dən çox tankımız var. 2025-ci ilin sonunda “Altay” tankını kütləvi istehsalda almağa başlayacağıq”, - deyə o qeyd edib.

Hazırda Türkiyə Silahlı Qüvvələrinin inventarında ABŞ və Almaniya istehsalı olan tanklar var.

Ən müasir iki tank olan “Leopard” 2A4 və M60TM Türkiyə müdafiə sənayesi tərəfindən müxtəlif modernləşdirmə layihələrinə məruz qalır və onların müasir döyüş meydanına inteqrasiyası təmin edilir.

M60A3 üçün müxtəlif modernləşdirmə layihələri həyata keçirilərkən, “Leopard 1” tankları təlimlərdə, M48A5T2 tankları isə arxa xidmətdə istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaşar-Gülər   Altay  


Bizi "telegram"da izləyin