Britaniya yeni insansız sualtı qayığını sınaqdan keçirib

2024/11/1732691902.jpg
Oxunub: 541     16:17     27 Noyabr 2024    
Böyük Britaniya “Herne” adlı yeni xüsusi dizayn edilmiş avtonom sualtı qayığı uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Britaniyanın cənub sahillərində keçirilən sınaqlar “BAE Systems” şirkəti tərəfindən hərbi müşahidə, sualtı qayıqlarla mübarizə və sualtı infrastrukturun mühafizəsi üçün hazırlanmış fövqəladə iri avtonom sualtı platforma “Herne”nin imkanlarını nümayiş etdirib.

Məlumata görə, “Herne” insansız sualtı qayığı ordulara həyati əhəmiyyət kəsb edən sualtı infrastrukturu izləməyə və mühafizə etməyə, sualtı qayıqlara qarşı döyüş əməliyyatları aparmağa və gizli müşahidə missiyalarını həyata keçirməyə imkan verən qabaqcıl avtonom texnologiya ilə təchiz edilib.

“BAE Systems” tərəfindən konfiqurasiya edilən XLAUV ekipaj ehtiyacı olmadan geniş dəniz dibində işləyə bilər və bu, həm qənaətcil, həm də personal üçün riskləri minimuma endirmək məqsədilə nəzərdə tutulmuş missiyaları yerinə yetirməyə imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Sualtı-qayıq  


Bizi "telegram"da izləyin