NATO Ukraynaya dəstəyi zəiflətməyəcəyinə söz verib

2024/11/1732265073.jpg
Oxunub: 530     00:23     27 Noyabr 2024    
NATO Rusiyanın Dnepr boyunca “Oreşnik”dən istifadə etməsindən sonra Ukraynaya dəstəyini zəiflətməyəcəyinə söz verib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna-NATO Şurasının (UNC) səfirlər səviyyəsində fövqəladə iclasından sonra alyansın mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.

Qeyd olunub ki, səfirlər Rusiyanın eksperimental orta mənzilli ballistik raket buraxmasından sonra Ukraynadakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

İclasda NATO səfirləri bunun Ukraynaya dəstəyi dəyişməyəcəyini təsdiqləyiblər.

Bəyanatda qeyd olunub ki, NATO-ya görə, bu zərbə münaqişənin gedişatını dəyişməməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin