Ordu.az xəbər verir ki, Britaniya və Fransa tərəfindən şirkətə qarşı birgə araşdırma başladılıb.
Ciddi Fırıldaqçılıq İdarəsi Fransanın çoxmillətli aviasiya və müdafiə elektronikası şirkəti “Thales”də rüşvət və korrupsiya şübhəsi ilə bağlı araşdırmaya başlayıb.
Böyük Britaniyanın korrupsiya bürosu Fransa qurumu “Parquet National Financier” ilə birgə araşdırma aparır.
Baş ofisi Parisdə yerləşən və Britaniyadakı 16 obyektdə 7000-dən çox işçisi olan “Thales”ə araşdırma ilə bağlı məlumat verilib.
Sevinc Əliyeva
Ordu.az