“Boeing” İsrailə ilk KC-46A “Pegasus” tanker təyyarəsini təhvil verir

2024/11/1732606023.jpg
Oxunub: 381     14:16     27 Noyabr 2024    
“Boeing” 15 ədəd KC-46A “Pegasus” tanker təyyarəsinin istehsalını əhatə edən 2,38 milyard dollarlıq yeni müqavilə elan edib.

Ordu.az xəbər verir ki, bu təyyarələrdən biri ilk dəfə olaraq İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil veriləcək.

“Boeing”in açıqladığı yeni razılaşma çərçivəsində ABŞ HHQ üçün istehsal olunacaq 15 tanker təyyarəsindən biri İsrail HHQ-nin köhnəlmiş “Ram” yanacaq doldurma parkının modernləşdirilməsi çərçivəsində təhvil veriləcək.

İsrail yanacaq doldurma parkını yeniləmək üçün ümumilikdə 4 ədəd “Pegasus” tanker təyyarəsi almağı planlaşdırır. Bundan əlavə, sifarişin 12 ədədə qədər genişləndirilməsi ABŞ-nin təsdiqinə tabedir.

Bu keçidi dəstəkləmək üçün ABŞ İsraildə indiyə qədər inşa edilmiş ən böyük anqarlar da daxil olmaqla, yüksək texnologiyalı infrastruktur quracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boeing   İsrail  


Bizi "telegram"da izləyin