Kanada və Avstraliya birgə raketdən müdafiə sistemlərini inkişaf etdirəcəklər

2024/11/1732603424.jpg
Oxunub: 467     16:12     26 Noyabr 2024    
Kanada və Avstraliya hipersəs raketlərinə qarşı raketdən müdafiə texnologiyalarını birgə inkişaf etdirəcəklərini açıqlayıblar.

Ordu.az xəbər verir ki, Kanadanın müdafiə naziri Bill Bler yeni müqavilənin Kanadanın müdafiə sənayesinin aparıcı tədbirlərindən biri olan “Halifax” Beynəlxalq Təhlükəsizlik Forumunda imzalandığını açıqlayıb.

Kanadanın müdafiə naziri açıqlamasında qeyd edib: “Kanada və Avstraliyanın yeni raket təhdidlərinin tədqiqi və yeni raket sistemlərinin inkişafı üçün yeni saziş imzaladığını elan etməkdən məmnunam. Biz diqqətimizi hipersəs silah sistemlərinə qarşı mübarizəyə yönəldəcəyik və bu yeni müqavilə çərçivəsində birgə müdafiə sistemləri istehsal edəcəyik”.

Müqavilə çərçivəsində ölkələr yaxın 5 ildə 474 milyon dollar xərcləməyi planlaşdırır.

Bu proqram çərçivəsində hansı inkişafların müzakirə olunacağı bildirilməyib. Ancaq qeyd edilib ki, əsas diqqət aşkarlama, monitorinq, hədəfləmə və bloklama texnologiyalarına yönəldiləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Avstraliya  


Bizi "telegram"da izləyin