İspaniya “Hawk” HHM sistemini Ukraynaya təhvil verəcək

2024/11/1732603376.jpg
Oxunub: 495     15:42     26 Noyabr 2024    
İspaniyadan Polşaya çatdırılan “Hawk” Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaxın günlərdə Ukraynaya təhvil veriləcəyi açıqlanıb.

Ordu.az xəbər verir ki, HHM sistemi yaxın günlərdə Polşa üzərindən Ukraynaya veriləcək.

“Hawk”dan istifadə edəcək Ukrayna ordusu bu yaxınlarda İspaniyada Avropa İttifaqı Hərbi Yardım Missiyası (EUMAM) çərçivəsində bu HHM sistemləri ilə bağlı təlim keçib.

Sentyabr ayında İspaniya hökumətinin “Hawk” HHM sisteminin tam bir batareyasını Ukraynaya göndərməyi planlaşdırdığı barədə məlumat yayılıb.

İspaniya 2022-ci ildə MIM-23 “Hawk” HHM raket sistemlərini Ukraynaya təhvil verən ilk ölkə olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Hawk   HHM  


Bizi "telegram"da izləyin