Böyük Britaniyanın inventarında kiçilmə yaşanır

2024/11/2024--1732523242.jpg
Oxunub: 416     12:25     27 Noyabr 2024    
Böyük Britaniyanın müdafiə naziri Con Hili Britaniyanın artan qlobal təhlükələrlə üzləşdiyi xəbərdarlığına baxmayaraq, köhnəlmiş hərbi təchizatların vaxtından əvvəl ləğv edilməsi ilə 500 milyon funt-sterlinqə qənaət ediləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, nazir bu barədə İcmalar Palatasına verdiyi açıqlamada bildirib.

O bildirib ki, bəzilərinin 50 ildən çox yaşı olan gəmilər, Pilotsuz Uçuş Aparatları (PUA) və helikopterlər vaxtından əvvəl istismardan çıxarılacaq.

Tənqidçilər deyirlər ki, bu addım beynəlxalq gərginliyin artdığı və silahlı qüvvələrə on ildən çox maliyyə təzyiqinin olduğu bir vaxtda Britaniyanın müdafiəsini zəiflədəcək.

İstismardan çıxarılacaq sistemlər arasında “Watchkeeper WK450 Mk1” PUA-ları, 14 ədəd CH-47 “Chinook” helikopteri və 17 ədəd “Puma” helikopteri var.

BBC-nin verdiyi məlumata görə, istismardan çıxarılacaq “Chinook” və “Puma” helikopterləri on illərdir istifadə olunur.

“Puma”lar 2026-cı ildə yeni “Airbus” H-145 helikopterləri ilə, “Chinook”lar isə gələn il daha yeni H-47 (ER) modeli ilə əvəzlənəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   İnventar   Kiçilmə  


Bizi "telegram"da izləyin