Kanada ilk hava platforması və raketləri təhvil almağa hazırlaşır

2024/11/1732522585.jpg
Oxunub: 395     11:15     27 Noyabr 2024    
Kanada 3,7 milyard dollarlıq MQ-9B “SkyGuardian” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) tədarükü çərçivəsində ilk hava platforması və raketləri təhvil almağa hazırlaşır.

Ordu.az xəbər verir ki, Kanada hökuməti 2023-cü ildə ABŞ-nin “General Atomics Aeronautical Systems Inc.” (GA-ASI) şirkəti ilə zərbə PUA-larının tədarükü üçün müqavilə imzalayıb.

Dəyəri 3,7 milyard dollar olan müqavilə MQ-9B zərbə PUA-sı və “Hellfire” raketinin tədarükündən ibarətdir.

Müqavilə çərçivəsində ilk 2 zərbə PUA-sının istehsalına başlanılıb. Zərbə PUA-ları 2026-cı ildə sınaqdan keçiriləcək və 2028-ci ildə Kanadaya təhvil veriləcək.

Layihəyə ümumilikdə 11 uzun mənzilli və uzun müddət havada qala bilən MQ-9B zərbə PUA-sı, həmçinin 6 yerüstü idarəetmə stansiyası, silah sistemləri, infrastruktur dəstəyi və uzunmüddətli texniki xidmətlər daxildir. Proqram dəyəri “rekord” kimi təsvir edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ABŞ  


Bizi "telegram"da izləyin