Britaniya ordusu hər ay orduya qəbul etdiyindən 300 çox adam itirir

2024/11/1732352240.jpg
Oxunub: 462     15:12     26 Noyabr 2024    
Böyük Britaniya ciddi kadr çatışmazlığı ilə üzləşir.

Ordu.az xəbər verir ki, bu barədə “UK Defence Journal” məlumat yayıb.

Britaniya müdafiə naziri Con Hili Müdafiə Komitəsində keçirilən dinləmədə problemin miqyasını etiraf edib, Müdafiə Nazirliyi isə Silahlı Qüvvələr daxilində işə qəbul və saxlama ilə bağlı ciddi çətinliklərin olduğunu açıqlayıb.

Hili təsdiqləyib ki, ötən il Silahlı Qüvvələr hər ay daha 300 tam ştatlı şəxsi itirib.

“İşə qəbulla bağlı hədəflər hər il müəyyən edilib və bu hədəflərə çatmaq mümkün olmayıb. Xidmət əhval-ruhiyyəsi ötən il rekord həddə aşağı düşüb. Ötən il ərzində qüvvələrimiz hər ay işə götürülənlərdən 300 çox tam ştatlı şəxsi itirib”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ordu  


Bizi "telegram"da izləyin