Ordu.az xəbər verir ki, bu innovativ təşəbbüs 2024-cü il il noyabrın 6-da Berlində keçirilən Beynəlxalq Döyüş Təyyarəsi Konfransında (International Fighter Conference 2024) “Project Beyond” adı altında təqdim edilib.
Tərəfdaşlıq “Gripen E”yə avtonom imkanlar qazandırmağı, missiya əməliyyatlarını optimallaşdırmağı və pilotların iş yükünü azaltmağı hədəfləyir.
“Saab”ın “Gripen E” döyüş təyyarəsi üçün SZ inteqrasiyası mövcud məlumatlardan və hesablama infrastrukturundan istifadə edərək, sürətli yeniləmələri və real vaxt uyğunlaşmasını təmin etməyi hədəfləyir.
Bu yolla pilotlar missiya zamanı kritik qərarlara daha çox diqqət yetirə biləcək və təyyarə əməliyyatlarının səmərəliliyi artacaq.
Sevinc Əliyeva
Ordu.az