Ordu.az xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə erməni ekspert Tatevik Hayrapetyan deyib.
Onun sözlərinə görə, Azərbaycan demarkasiya ilə bağlı tələb irəli sürüb və Tavus sektorundakı gərginliklə bağlı məlumat yayıb.
“Bu məlumat fonunda Nikol Paşinyan gedib Tavusda yaşayan insanları inandırıb ki, güzəştə getməsələr, müharibə olacaq. Və yenə də müharibə təhlükəsi ilə birtərəfli güzəştə getdilər. Bütün bunlar isə nailiyyət kimi təqdim olunur”, - deyə Hayrapetyan qeyd edib.
Hayrapetyan bildirib ki, sadəcə olaraq Azərbaycanın diktəsi var, Paşinyan Ermənistan ictimaiyyətini yeni güzəştlərə aparmaq üçün həmin diktədən istifadə edir.
O əlavə edib ki, Qərbi Azərbaycan təbliğat tezisi deyil.
Alpər Mövludoğlu
Ordu.az