“İravunk”: Nikol artıq qorxularını gizlədə bilmir

2024/06/1719041667.jpg
Oxunub: 310     13:33     23 İyun 2024    
İyunun 20-də Ermənistanın hakim “Vətəndaş Mqaviləsi” partiyasının Sayat-Nova küçəsi 40 ünvanında yerləşən mərkəzi ofisində “hərbi vəziyyət” hökm sürüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşr qeyd edib ki, müşahidəçilər vəziyyəti belə təsvir edirlər.

“Əgər əvvəllər Nikol Paşinyanın səfəri zamanı ərazidən yalnız avtomobilləri “təmizləmək”lə kifayətlənirdilərsə, bu dəfə nə az, nə çox hərbi polis qüvvələri gətirilb. Faktiki olaraq belə çıxır ki, ya qırmızı beretlilər və polislər Nikol Paşinyanı qorumaq baxımından az iş görməyə başlayıblar, ya da onun qorxuları artıq patoloji xarakter alıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin