Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadov dəfn edilib - YENİLƏNİB

2024/06/1719557948.jpg
Oxunub: 302     11:07     28 İyun 2024    
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovla Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.

Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Sumqayıt şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elman Xurşud oğlu Cavadov 1973-cü il sentyabrın 5-də Sumqayıtda anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

E.Cavadov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sumqayıt   Birinci-Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin