Türkiyə-İran razılaşması, yoxsa “atəşkəsi”? – BAXIŞ BUCAĞI

2024/01/70-55-1706341141.jpg
Oxunub: 595     15:32     27 Yanvar 2024    
Yanvarın 24-də Türkiyəyə səfər edən və bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki saatdan çox qapalı söhbət edən İran Prezidenti İbrahim Rəisi bəyan edib ki, İran Türkiyənin təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir. İran və Türkiyənin terrora qarşı birgə mübarizə haqqında razılığa gəldiyini deyən Ərdoğan yaxın gələcəkdə “bunun şahidi olacaqsınız” deyib.

Rəisinin dəfələrlə təxirə salınan səfərində İran və Türkiyə nə barədə razılığa gəliblər? Ankarada tərəflər iqtisadiyyat, nəqliyyat, turizm, mədəniyyət və s. kimi ikitərəfli əməkdaşlığın bir sıra sahələrini əhatə edən 10 saziş imzalayıblar. Lakin əsas məsələ təhlükəsizlik mövzusudur, çünki bu, hal-hazırda bütün beynəlxalq aktorlar üçün bütün regionlarda və bu gün xüsusilə Qafqazın da “hövzə regionu” olduğu Yaxın Şərq regionunda son dərəcə vacib məsələdir.

Buna görə də İran və Türkiyənin vahid və ya birgə antiterror mübarizəsi nəyi ifadə edəcək? Bu, “atəşkəs”i, bir-birinə qarşı hər hansı birbaşa və vəkil hərəkətlərin istisna edilməsini, yoxsa aktiv antiterror mübarizəsini nəzərdə tutacaq? İran Prezidentinin səfərindən əvvəl Türkiyə və İran mahiyyət etibarilə dolayı “zərbələr” mübadiləsi aparıblar. İran İraq və Suriya ərazisindəki hədəflərə raket zərbələri endirib, Türkiyə isə öz növbəsində İranla əlaqəsi olan qruplaşmalar da daxil olmaqla antiterror hərbi əməliyyatları həyata keçirib.

İran Prezidentinin səfərindən əvvəl Türkiyə kəşfiyyatının rəhbəri İraqa səfər edib, yerli hərbi və siyasi rəhbərliklə görüşüb. İran və Türkiyənin ən azı “passiv” antiterror mübarizəsi ilə bağlı razılığa gəlməsi onların bir-birinə qarşı hərəkət etməyəcəklərini deməyə əsas verir. Məsələ Qafqazın da həmin çərçivəyə daxil olub-olmamasıdır. Göründüyü qədər, görüş nəticəsində birgə bəyanatda Qafqaz haqqında da danışılır, Qafqaz ölkələrinin ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyi qeyd olunur, həmçinin regional məsləhətləşmələr və konstruktiv əməkdaşlıq platforması kimi “3+3” formatının rolu qiymətləndirilir.

Əlbəttə, xüsusən demək olar hər saat dəyişən beynəlxalq reallıqlar şəraitində bu qeydlər birmənalı ola bilməz.

Aif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran  


Bizi "telegram"da izləyin