“Birincisi, fikrimcə, biz bu problemi nə qədər başqa formalarla həll etməyə çalışsaq da, nəhayət Ermənistan Ermənistan xalqı tərəfindən şübhə doğurmayan səsvermənin nəticələri ilə qəbul edilmiş konstitusiyaya sahib olmalıdır. Yeri gəlmişkən, bu, həm də legitimliklə bağlı mühüm vurğudur”, - deyə Paşinyan bildirib. O qeyd edib ki, Ermənistanın təhlükəsizliyi üçün legitimlik vacibdir.
Əslində Paşinyan legitimliklə təhlükəsizlik modeli haqqında danışmaqla, Ermənistanın dövlət həyat fəaliyyətində legitimlik böhranının olduğunu ifadə edir. Yəni, açıq şəkildə və mütəmadi olaraq legitimlik problemlərindən danışan Paşinyan mahiyyətcə indiki vəziyyətdə Ermənistan dövlətçiliyinin qanuni mövcudluqla bağlı problemlərinin olduğunu deyir.
Şübhə yoxdur ki, 44 günlük müharibədən sonra yaranmış və getdikcə dərinləşən yeni situasiyada Ermənistan yeni reallıqlara uyğunlaşdırmağı vacib edən ciddi məsələlərlə üzləşir. Və bu, yalnız daxili, “mətbəx” işi məsəsləsi deyil. Çünki Ermənistandakı istənilən hakimiyyət və onların atacaqları addımlar regiona ciddi şəkildə, xüsusilə dağıdıcı şəkildə təsir edir. Normal yanaşma, Ermənistanın sözügedən dağıdıcı, ekspansionist baxışından imtina etməklə legitimlik məsələsini gündəmə gətirmək və regiona faydalı ola biləcək Ermənistanın dayanıqlılıq potensialını bərpa etmək olmalıdır.
Beləliklə, bütün sahələrdə, o cümlədən sosial-psixoloji reabilitasiyada və digər dərin məsələlərdə Ermənistanın modernləşdirilməsinə, islahatlara, innovasiyalara ehtiyacı olduğu danılmazdır. Və deyəsən Paşinyan bunu dərk etməyə başlayıb. Yəni sülh istəyirsənsə, birinci özünü dəyişməlisən.
Aqil Məmmədov
Ordu.az