Sarkisyan onu da iddia edib ki, “xüsusilə son günlər intensivləşən davamlı terror və erməni icmasının ərazisini zəbt etmək (?) cəhdləri səlahiyyətlilərin dərhal reaksiyasını və müdaxiləsini tələb edir”. Sarkisyanın bəyanatı Ermənistan-İsrail onsuz da gərgin olan münasibətlərində xüsusidir və əslində rəsmi İrəvanın Fələstinə dəstək verməsinə işarədir. Halbuki İsrail-HƏMAS müharibəsinin başlaması fonunda erməni məhəlləsinə, xüsusilə də “İnək bağı” adlanan əraziyə heç bir hücum baş verməyib. Faktdır ki, “İnək bağı” adlanan ərazi iki il əvvəl avstraliyalı yəhudi iş adamına otel tikmək üçün 99 il müddətinə icarəyə verilib. Üstəlik, ərazi müqəddəs Sion dağında yerləşir.
Həmin icarə böyük səs-küyə səbəb olub, Üçmüədzin kilsəsi bunu qınamağa, ləğv etməyə çağırıb və icarəyə götürmə aktının qanunsuz olduğunu qeyd edib. Yerusəlimin erməni patriarxlığı iki il sonra, oktyabrın 7-də İsrail və HƏMAS arasında baş vermiş genişmiqyaslı müharibəni bəhanə edərək, cəmi bir neçə gün sonra razılaşmanı ləğv etdi. Bunun niyə məhz bu zaman edildiyi suallarından biridir.
Təbii ki, burada, şübhəsiz, sadəcə müqavilə məsələsi yoxdur, bu, bir fürsətdir, problem bəlkə də daha dərin və genişdir. Yerusəlimdə ermənilərin dini və əslində dini-siyasi mövcudluğu olduqca təhlükəlidir və özlüyündə terror xarakteri daşıyır. İstər Yaxın Şərq regionunda, istərsə də regiondan kənarda bununla maraqlananların qıtlığı yoxdur.
Problemə regionda başlamış dərin və genişmiqyaslı transformasiyalar kontekstində baxmaq lazımdır. Bu o deməkdir ki, məsələnin dərinliyi o qədərdir ki, İsrail dövlətçiliyinin maraqları orbitinə qədər uzanır və bununla da o səviyyəyə qədər qorunmaq zərurəti yaranır. İsrailin bu problemlə hansı metodologiya, taktika və üslubla məşğul olacağı, şübhəsiz ki, müzakirə mövzusudur. Əlbəttə, nəzərə almamaq mümkün deyil ki, bu gün İsrailin birbaşa sərhədlərində təhlükələr və çağırışlar mövcuddur, bu da onsuz da kifayət qədər həssas vəziyyətdə olan Təl-Əvivdən çox böyük səy tələb edir.
Buna görə də sual yaranacaq ki, bütün səylər HƏMAS-la bağlı çağırışlara yönəlibsə, İsrail daha bir radikal ünsürlə necə məşğul olacaq? Bununla belə, burada qeyd etmək vacibdir ki, ilk növbədə, Qafqaz və Yaxın Şərq bir coğrafiya və bir geosiyasətdir, ona görə tam iş həm də iş sahəsinin tam qiymətləndirilməsini və başa düşülməsini tələb edir. Bu baxımdan, sözügedən radikal və təhdidedici ünsürlərin yalnız Yerusəlimdə deyil, İrəvanda da zərərsizləşdiriləcəyini düşünə bilərik.
Aqil Məmmədov
Ordu.az