Ermənistanın gələn ilki büdcəsinin qaranlıq küncləri – ANALİZ

2023/12/1702108597.jpg
Oxunub: 7245     12:13     28 Dekabr 2023    
Əslində, hər ilin dövlət büdcəsində hökumətin həmin il ərzində həyata keçirəcəyi proqramlar və tədbirlər öz əksini tapır ki, bu da ölkənin sosial-iqtisadi inkişafı məqsədlərinin təmin edilməsinə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə töhfə verməlidir. Dövlət büdcəsinin məxaric və mədaxil balansına həmin il ərzində proqnozlaşdırılan iqtisadi artım da daxildir.

Məsələn, Ermənistanda 2024-cü ilin dövlət büdcəsində 7 faiz iqtisadi artım proqnozlaşdırılır. Belə bir göstəricinin proqnozu kifayət qədər iddialıdır, çünki erməni ekspertlərin fikrincə, büdcədə iqtisadi artım hədəfini təmin etmək üçün zəruri investisiyaların və ixrac həcmlərinin təmin edilməsinə yönəlmiş müvafiq tədbirlər nəzərdə tutulmayıb. Problem ondadır ki, müxtəlif proqnozlara görə, Ermənistanın növbəti il üçün iqtisadi artımı dövlət büdcəsində təqdim olunanlarla müqayisədə kifayət qədər təvazökar olacaq. Asiya İnkişaf Bankının proqnozlarına görə, 2024-cü ildə Ermənistanda 5,5 faiz iqtisadi artım olacaq.

Beynəlxalq Valyuta Fondu 5 faiz iqtisadi artım proqnozlaşdırır, Dünya Bankının proqnozu isə daha bədbindir: 4,3 faiz. Bu proqnozlar üçün real əsaslar var, çünki bunlar son aylarda Ermənistan iqtisadiyyatında müşahidə olunan tendensiyaları nəzərə alır. Problem ondadır ki, geosiyasi vəziyyətə görə, ötən ildən Ermənistan kifayət qədər yüksək iqtisadi artım qeydə alıb, lakin mövcud vəziyyət və xarici amillərin xarakteri dəyişməyə başlayıb. Məsələn, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Qərb avadanlıqları Ermənistan vasitəsilə Rusiyaya daşınıbsa, o zaman sanksiyaların icrasına nəzarətin gücləndirilməsi şəraitində Ermənistan birləşdirici halqa rolundan imtina etməyə məcburdur.

Təsadüfi deyil ki, son aylarda Ermənistanın iqtisadi artım tendensiyaları xeyli azalıb. Gələn ilin büdcəsində isə Paşinyan hökumətinin planlaşdırdığı 7 faizlik iqtisadi artımı real hesab etməyə imkan verən iqtisadi artımın təşviqinə yönəlmiş belə proqram tədbirləri yoxdur. Büdcə tərəfindən verilən ÜDM-in artımı proqnozunun daha az real olmasına baxmayaraq, bu, Ermənistan hakimiyyət orqanlarına həmin proqnoz əsasında 2024-cü ilin dövlət büdcəsində gəlir və xərclərin əhəmiyyətli artımlarını planlaşdırmağa mane olmayıb.

Beləliklə, ilk baxışda Ermənistan büdcəsində gəlirlərin 13,1%, xərclərin isə 20,8% artacağı proqnozlaşdırılır. Lakin proqnozlaşdırmaq olar ki, lazımi iqtisadi canlılıq olmadıqda, Paşinyan hakimiyyəti büdcənin gəlir hissəsini təmin etmək üçün vergiləri artırmağa və ya yeni vergi və rüsumlar müəyyən etməyə çalışacaq. Artıq Ermənistanda əlavə vergi növlərinin yaradılması təşəbbüsləri var. Məsələn, yeni qanuna görə, Ermənistanda avtomobil idxalı ilə məşğul olan şirkətlər 20 faiz mənfəət əldə etməli, 18 faiz mənfəət vergisi və ƏDV ödəməlidir. Bundan əlavə, hökumət vergi bazasını genişləndirməyə və vergi yükünü artırmağa hazırlaşır. Belə şəraitdə, məsələn, dövriyyə vergisi sahəsində fəaliyyət göstərən iş adamları universal vergi sisteminə keçdikdən sonra mənfəət vergisini ödəməyə məcbur olacaqlar.

Erməni səlahiyyətlilər həmçinin təhsil, səhiyyə və digər sektorlar da daxil olmaqla, mövcud vergi güzəştlərinin əhatə dairəsini nəzərdən keçirməyi və paralel olaraq yeni vergi və ya rüsumların yığılması sxemlərini tətbiq etməyi hədəfləyirlər. Aydındır ki, Ermənistanda vergilərin artırılması mal və xidmətlərin qiymətinin artmasına gətirib çıxaracaq, bu artımların yükü adi istehlakçıların çiyninə düşəcək və onların sosial-iqtisadi vəziyyətini daha da çətinləşdirəcək.

Bundan əlavə, artıq gələn ildən sadə ermənilərin əvvəlki ilin gəlirləri əsasında gəlir bəyannaməsi təqdim edəcəyi universal gəlir bəyannaməsi sisteminin tətbiqi nəzərdə tutulur. Bəllidir ki, təqdim olunan bəyannamələr əsasında insanların gəlirlərinin vergiyə cəlb olunması gözlənilir. Ermənistan büdcəsində nəzərdə tutulan xərclərə gəlincə, əsaslı xərclərlə bağlı qeyri-real qeydlər var. Ermənistanda gələn il əsaslı xərclərin təxminən 695 milyard dram təşkil edəcəyi planlaşdırılır: bunlar 2023-cü il dövlət büdcəsi ilə müəyyən edilmiş əsaslı xərcləri 27 faizdən çox üstələyəcək.

Ümumilikdə 2024-cü ildə Ermənistanda kapital xərcləri ÜDM-in 6,6 faizini təşkil edəcək ki, bu da 2023-cü ildən 0,7 faiz çoxdur. Lakin ötən illərin təcrübəsi göstərir ki, zaman keçdikcə performans bir qədər yaxşılaşsa da, qeyri-kafi səviyyədə qalır. Builki əsaslı xərclər də kifayət qədər aşağı göstəricilərə malikdir: yanvar-sentyabr aylarının göstəricisi cəmi 57,4% təşkil edib. Ermənistanda kapital xərclərinin aşağı icrası məsələsi hələ də həll olunmayanda, gələn il həll etmək çətin ki mümkün olsun. Müvafiq olaraq, böyük ehtimalla, Ermənistanda kapital xərclərinin aşağı icrası məsələsi gələn il üçün nəzərdə tutulan iqtisadi artım göstəricilərinin təmin olunmasına mənfi təsirini davam etdirəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Büdcə  


Bizi "telegram"da izləyin