Britaniyalı nazirin Qafqaz səfəri istiləşməyə töhfə verəcək? – BAXIŞ BUCAĞI

2023/11/1700564251.jpg
Oxunub: 3560     21:19     21 Noyabr 2023    
Böyük Britaniyanın Avropa üzrə dövlət naziri Leo Dokerti Cənubi Qafqazda səfərdədir. O, Ermənistanda müxtəlif görüşlər keçirdikdən sonra Gürcüstan və Azərbaycana gələcək. Böyük Britaniyanın Ermənistandakı səfirliyinin Dokertinin səfəri ilə bağlı yaydığı mesaj Britaniya rəsmisinin bu il üçüncü dəfə Qafqaza gəlişi ilə bağlı gündəmin kifayət qədər bəlağətli və gərgin hissəsindən xəbər verir.

Lakin onun növbəti səfəri, şübhəsiz ki, xüsusidir, çünki bu, Qafqaz üçün üzvi əhəmiyyət kəsb edən bölgə olan Yaxın Şərqdə baş verən olduqca mühüm hadisələr fonunda baş verir. Eyni zamanda, bu fonda Böyük Britaniyanın özündə kifayət qədər ciddi dəyişikliklər baş verir, noyabrın 14-də yeni xarici işlər naziri təyin olunub.

Buna paralel olaraq, Britaniyada daxili nizamda, belə demək mümkünsə, diqqətəlayiq dəyişikliklər baş verib və diqqətəlayiq olan məhz Yaxın Şərq mövzusu ilə bağlıdır. Böyük Britaniyanın xarici işlər naziri Kleverli daxili işlər nazirinin Londonda Fələstin mitinqinin tərəfdarlarına qarşı söylədiyi fikirlərə görə istefa verməyə məcbur olmasından sonra daxili işlər naziri təyin edilib.

Kleverli xarici işlər naziri vəzifəsindən daxili işlər naziri vəzifəsinə keçirilib, lakin ən maraqlısı odur ki, xarici işlər naziri vəzifəsinə 2010-16-cı illərdə Böyük Britaniyanın icra hakimiyyətinin rəhbəri mövqeyində olmuş keçmiş Baş nazir Devid Kemeron təyin edilib. Uzun müddət aktiv siyasətdən kənarda qalan sabiq Baş nazirin birdən-birə xarici işlər naziri vəzifəsini tutması onu deməyə əsas verir ki, dəyişiklik sadəcə olaraq, belə demək mümkünsə, kadr xarakterli deyil. Bu, yəqin ki, siyasətin vurğularında nəzərəçarpacaq dəyişiklik demək olacaq.

Bu mənada diqqətəlayiqdir ki, məhz Kemeronun Baş nazir olduğu dövrdə bir sıra beynəlxalq hadisələr baş verib, bu hadisələrin əhəmiyyətli bir hissəsi Yaxın Şərqlə bu və ya digər şəkildə bağlı olub. Həmin hadisələr bu gün praktik olaraq genişlənən dünya müharibəsinin başlanğıcı kimi nəzərdən keçirilir. “Ərəb baharı” və onun çərçivəsində baş verən hadisələr də Kemeronun Baş nazir olduğu dövrdə olub. “Ərəb baharı” çərçivəsində baş verən hadisələr arasında Misirdə Prezident Mübarəkin hakimiyyəti əvəzinə “Müsəlman qardaşlar”ın hakimiyyətinin qurulması da olub.

Böyük Britaniyanın həmin təşkilatla müxtəlif əlaqələri beynəlxalq mətbuatda və ekspert dairələrində kifayət qədər danışılıb və danışılır. Sonra təbii ki, “Müsəlman qardaşlar” Misirin hakimiyyətindən uzaqlaşdırılıb, anacaq onlar, məsələn, Yaxın Şərqdə hazırkı alovun başladığı Qəzza zolağı ilə əlaqələrini davam etdiriblər. Bu alov böyük ehtimalla Qafqaz da daxil olmaqla, qonşu zonaları “qızdıracaq”.

Bu halda britaniyalı nazirin Qafqaza səfəri hansı təsiri göstərəcək, bu istiləşməyə töhfə verəcək, yoxsa əksinə, Qafqazı lazımsız istiləşmədən kənar saxlamağa kömək edəcək? Britaniya tərəfinin səfərlə bağlı yaydığı rəsmi mesajın məzmunu açıq şəkildə göstərir ki, Dokertinin səfəri mahiyyət etibarı ilə Britaniyanın Qafqazda Rusiyanın təsirinə qarşı siyasətinin kifayət qədər aydın gündəmini ehtiva edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Qafqaz  


Bizi "telegram"da izləyin