Ordu.az xəbər verir ki, IGLA Raket Buraxılış Sistemi əsas silahı olaraq IGLA və IGLA-S raketlərindən istifadə edən və kompüterlə idarə olunan, təyyarə və helikopterlərə, PUA-lara və qanadlı raketlərə qarşı təsirli olan Aşağı Hündürlüklü Hava Hücumundan Müdafiə (HHM) Sistemidir.
ASELSAN tərəfindən yaradılan effektiv, etibarlı və qənaətcil bir HHM həlli olan IGLA Raket Buraxılış Sistemi sürətli və dəqiq hədəf mövqeyini təyin etmə qabiliyyəti sayəsində MANPADS konfiqurasiyaları ilə müqayisədə qısa reaksiya müddəti, yüksək atəş gücü və yüksək dəqiqlik təklif edir.

Çevik arxitekturası sayəsində avtonom olaraq və ya müttəfiq HHM Komanda Nəzarət Sistemləri ilə inteqrasiya oluna bilər. Yaylım atəşi (salvo) qabiliyyəti ilə hədəfə eyni anda iki raket atıla bilər, bu sayədə sistemin atəş gücü əhəmiyyətli dərəcədə artır.
Stabilləşdirilmiş qüllə strukturu və inteqrasiya olunmuş optik sensorlar stasionar və mobil istifadədə hədəfin müşahidəsi, aşkarlanması, izlənilməsi və hədəf tipinin müəyyən edilməsi imkanı verir.
İnteqrasiya edilmiş daxili təlim simulyatoru sistem operatorlarına döyüş şəraitində sistemdən səmərəli istifadə etmək imkanı vermək üçün müxtəlif ssenari və proses simulyasiyaları təklif edir.
Ümumi xüsusiyyətlər
• Tam avtonom silah sistemi
• Bir hədəfə eyni anda iki raket atmaq imkanı
• Kiçik hədəflərə qarşı yüksək effektivlik
• Qısa reaksiya müddəti
• Hərəkətdə atəş açmaq bacarığı
• Gündüz/gecə və pis hava şəraitində işləmək bacarığı
• Termal və Gündüz görmə kameraları
• Lazer Məsafə Ölçən Cihaz
• Aşağıdakı sistem funksiyalarının avtomatlaşdırılmasını təmin edən Atəşə Nəzarət Kompüteri:
• Komanda İdarəetmə Mərkəzi tərəfindən təyin edilmiş hədəf koordinatlarına avtomatik oriyentasiya
• Avtomatik hədəf izləmə
• Hədəf tipini müəyyənləşdirmə
• Hədəf diapazonu xəbərdarlığı
• Dost/Düşmən indentifikasiya bacarığı
• Portativ Sistem İdarəetmə Bloku sayəsində sistemi vasitədən 50 metr məsafədən idarə etmək imkanı
• Müxtəlif platformalara inteqrasiya oluna bilən yüngül, aşağı profilli qüllə quruluşu
Firuz Bağırov
Ordu.az