Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tədbirdə Azərbaycan-Slovakiya münasibətləri, Avropa İttifaqı ilə əlaqələrin cari vəziyyəti, qlobal və regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyinin müxtəlif aspektləri, bölgəmizdə post-münaqişə dövründə görülən işlər və çağırışlar, mövcud mina təhdidləri, Azərbaycan-Ermənistan sülh prosesi və digər məsələlər müzakirə edilib.
Nazir tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində GLOBSEC (analitik mərkəz, Bratislava forumunun təşkilatçısı – red.) tərəfindən təşkil olunan dəyirmi masada iştirak edir.
Bu barədə
Ordu.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilir ki, dəyirmi masada Azərbaycan-Slovakiya arasında ikitərəfli və çoxtərəfli münasibətlər və münaqişədən sonrakı vəziyyət gündəmdədir.