Onun sözlərinə görə, ölkə liderlərinin yenidən görüşü zəruri hesab edib-etməməsi həmin görüşün nəticəsindən asılı olub. Nəticədə, sözügedən görüş baş tutdu və Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutunun bərpası ilə bağlı qarşılıqlı anlaşma əldə olundu. Əslində, bu, Moskva görüşünün nəticəsidir. Ümumən isə bir sıra ikitərəfli, münaqişəli tərəflərin, regional və beynəlxalq amillərin mənfi cəhətləri səbəbindən daha böyük və ya daha dərin nəticə gözləmək real deyildi.
Mümkündür ki, indiki vəziyyətdə Moskva üçtərəfli görüşün təşkilatçısı kimi Vaşinqton və Brüsselin təşəbbüsünə qarşı çıxmaq və geridə qalmamaq, proseslərə təsir imkanlarını itirməmək məqsədini qarşıya qoymuşdu.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında Moskvada keçirilən görüşə cavab verərək bildirib ki, ABŞ bu görüşdə iştirak etməyib, lakin onu yaxından izləyir: "Əvvəlcə qeyd edildiyi kimi, biz yaxın gələcəkdə tərəflər arasında razılığın əldə oluna biləcəyinə inanırıq və tərəfləri birgə işləməyə təşviq etməyə davam edirik".
Bir tərəfdən, Vaşinqtonun Moskva görüşünə cavabı loyal görünürdü. Digər tərəfdən, “biz yaxın gələcəkdə tərəflər arasında razılığın əldə oluna biləcəyinə inanırıq” bəyanatı ən azı bu nəticəni çıxarmağa imkan verir: “Biz Moskva görüşünə rəğmən inanmağa davam edirik”. Diplomatın ifadələri birmənalı olmadığı üçün bunları əks məntiq kontekstində nəzərdən keçirməyə məcburuq və Moskvanın onlara mane olsa da, bundan sonra da prosesə sadiq qalacaqlarına və inanacaqlarına dair fikirlərini qəbul etməyə əsas verir. Üstəlik, bu kontekst ən azı ABŞ və Moskva arasında daha geniş mənada mövcud olan ictimai reallıqlarla (Ukrayna müharibəsi və ondan irəli gələn mövzular) müqayisə edilə bilər.
Habelə, şübhəsiz ki, Azərbaycan, Özbəkistan və Tacikistanın “üzv olmayan” triumviratının Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında ilk iştirakı daha bir triumvirat birləşməsinin konturunun təzahürüdür: Çin, Rusiya, İran. Eyni zamanda, təbii ki, Pekin-Moskva-Tehran üçbucağının canlanması ilə yanaşı, Vaşinqton-Brüssel-London üçbucağının da canlanması göz qabağındadır.
Bu baxımdan, Moskvadakı görüşdən dərhal sonra ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Luis Bononun İrəvanda olması təsadüfi deyildi.
Aqil Məmmədov
Ordu.az